BAKI, 29 mart. TELEQRAF
Pakistan hökuməti martın 31-də Əfqanıstan rəhbərliyi ilə birgə dialoq keçirmək niyyətində olduğunu açıqlayıb.
Bu barədə Teleqraf xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, görüşün əsas məqsədi iki ölkə arasında son vaxtlar artan gərginliyi səngitmək, təhlükəsizlik və siyasi əməkdaşlıq imkanlarını genişləndirməkdir.
Yüksək səviyyəli rəsmilərin iştirakı ilə keçiriləcək görüşdə sərhəd təhlükəsizliyi, silahlı qruplara qarşı mübarizə, qaçqın problemləri və ikitərəfli ticarət əlaqələri kimi aktual məsələlər müzakirə olunacaq.