BAKI, 29 mart. TELEQRAF
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadda səfərdə olan türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Bu barədə Teleqraf Pakistanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, görüş zamanı Pakistan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər həmçinin regional vəziyyət, o cümlədən İran ətrafında cərəyan edən proseslər barədə fikir mübadiləsi aparıblar.
Nazirlər regional sülh və sabitliyin təmin edilməsi üçün dialoqun, gərginliyin azaldılmasının, eləcə də diplomatik təşəbbüslərin və sıx koordinasiyanın əhəmiyyətini xüsusi vurğulayıblar.
***
11:15
Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın paytaxtı İslamabada səfər edib.
Bu barədə Teleqraf Pakistanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Hakan Fidanı Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar qarşılayıb.
Səfər çərçivəsində tərəflər arasında ikitərəfli əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər və aktual inkişaf tendensiyaları ətrafında geniş fikir mübadiləsi aparılacaq.