BAKI, 28 mart. TELEQRAF
Hücumların qarşısını almaq və İraq ərazisinin ABŞ obyektlərinə zərbələr üçün istifadə olunmamasını təmin etmək məqsədilə sözügedən iki ölkə əməkdaşlığı gücləndirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Vaşinqtonun Bağdaddakı səfirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra başlayan müharibə fonunda İraq istəmədiyi halda getdikcə daha çox münaqişəyə cəlb olunur.
Məlumata görə, İrana bağlı İraq silahlı qruplaşmaları Bağdaddakı səfirlik də daxil olmaqla ABŞ-nin bir sıra obyektlərinə pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib.
Bildirilib ki, bu qruplaşmaların bəziləri İraqın təhlükəsizlik qüvvələrinə inteqrasiya olunub və eyni zamanda mütəmadi olaraq ABŞ və İsrailin zərbələrinin hədəfinə çevrilir.