BAKI, 28 mart. TELEQRAF

Əbu-Dabidə yerləşən Xəlifə limanı yaxınlığına endirilən zərbə nəticəsində bir neçə nəfər yaralanıb və obyektlərə ziyan dəyib.

Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Əbu-Dabi administrasiyasının mətbuat xidməti isə hadisə yerində üçüncü yanğının baş verdiyini açıqlayıb.

Bildirilib ki, əlavə olaraq bir Pakistan vətəndaşı yaralanıb və bununla da yaralıların ümumi sayı altıya çatıb.