BAKI, 28 mart. TELEQRAF
Küveyt Beynəlxalq Hava Limanının radar sistemi bu gün pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum nəticəsində ciddi şəkildə zədələnib.
Teleqraf xəbər verir ki, bu barədə AFP yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Mülki aviasiya nümayəndəsinin açıqlamasına görə, hücum nəticəsində ölkədə insan tələfatı qeydə alınmayıb, lakin radar sistemi ciddi zərər görüb.