BAKI, 28 mart. TELEQRAF

İranın Səudiyyə Ərəbistanında yerləşən “Prins Sultan” aviabazasına endirdiyi zərbə nəticəsində 12 ABŞ hərbçisi yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, yaralanan hərbçilərdən ikisinin vəziyyəti ağırdır.

Qeyd olunur ki, ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatın əvvəlindən indiyədək 300-dən çox amerikalı hərbçi yaralanıb, 13 nəfər isə həlak olub.

Həmçinin “The Wall Street Journal” qəzetinin məlumatına görə, hücum zamanı raket və pilotsuz uçuş aparatlarından istifadə olunub, nəticədə bir neçə yanacaqdaşıyan hərbi təyyarə zədələnib.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu daha əvvəl həmin bazada yerləşən yanacaq təyyarələrinin məhv edildiyini iddia etmişdi.