BAKI, 28 mart. TELEQRAF

Martın 30-da İslamabadda Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, görüşdə ABŞ–İran müharibəsi də daxil olmaqla regional proseslər müzakirə ediləcək.

Qeyd olunub ki, dörd ölkənin nümayəndələri arasında keçiriləcək bu görüş ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından sonra ilk belə formatda iclas olacaq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan danışıqların ilkin olaraq Türkiyədə keçirilməsinin planlaşdırıldığını bildirib.