BAKI, 28 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı əvvəlki prezident Co Baydenin siyasətini tənqid edib.

Teleqraf xəbər verir ki, o, Mayamidə keçirilən investisiya forumunda çıxışı zamanı bildirib ki, Baydendən fərqli olaraq Kiyevə hərbi və digər yardım göstərməzdi.

“Ukrayna bizim müharibəmiz deyil, amma biz onlara kömək etdik. Əgər mən prezident olsaydım, yardım etməzdim. Bu müharibə heç vaxt başlamamalı idi”, – deyə Tramp qeyd edib.

ABŞ lideri əlavə olaraq həmin dövrdə ölkəyə rəhbərlik edən şəxsi də sərt tənqid edib.