BAKI, 28 mart. TELEQRAF

İranın BMT-dəki daimi nümayəndəsi Said İravani ABŞ və İsrail tərəfindən İran rəsmilərinə qarşı irəli sürülən qətlə təhdidlərini pisləyərək Təhlükəsizlik Şurasını təcili tədbirlər görməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, söhbət İranın xarici işlər naziri Abbas Əraqçi və parlamentin spikeri Mohammad Bager Qalibaf da daxil olmaqla yüksək vəzifəli şəxslərə qarşı ABŞ və İsrail tərəfindən irəli sürüldüyü iddia olunan təhdidlərdən gedir.

Saed İravani mart 26-da BMT-nin baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasının sədri Maykl Valtz adına göndərdiyi məktubda bu iddialardan narahatlığını ifadə edib.

Məktubda iddia olunub ki, ABŞ və İsrailin yüksək vəzifəli İran rəsmilərini hədəfə alma planları beynəlxalq hüququn ciddi pozuntusu sayılır və qlobal sülh və təhlükəsizliyə təhdid yaradır.