ABŞ-nin Yaxın Şərqdə yerləşdirdiyi “Tomahawk” qanadlı raketlərinin ehtiyatı demək olar ki, tükənib.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən yazıb. Bildirilir ki, İrana qarşı əməliyyatın başlanmasından bəri ABŞ ordusu 850-dən çox belə raket buraxıb.

Qeyd olunur ki, yüksək dəqiqlikli sursatların bu qədər sürətlə xərclənməsi Pentaqonda bəzi rəsmilər arasında narahatlıq yaradıb.

Məqalədə vurğulanır ki, bu vəziyyət mövcud ehtiyatların necə artırılacağı ilə bağlı daxili müzakirələrə səbəb olub.

Qeyd edək ki, daha əvvəl analitik Mark Sleboda Yaxın Şərqdə uzanan münaqişənin ABŞ üçün arzuolunmaz olduğunu, bunun əsas səbəblərindən birinin mühüm sursat ehtiyatlarının məhdudluğu olduğunu bildirib.