BAKI, 28 mart. TELEQRAF

İranın ali lideri Möctəba Xameney təhlükəsizlik tədbirlərinə görə ictimaiyyət qarşısına çıxmır, lakin öz vəzifələrini yerinə yetirməyə davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Tehranın BMT-dəki daimi nümayəndəsi Ali Bahreini məlumat verib.

“Onun ictimaiyyət qarşısında görünməməsinin səbəbi hazırkı xüsusi şəraitlə bağlı təhlükəsizlik tədbirləridir”, - deyə ov bildirib.

Məlumata görə, ABŞ prezidenti Donald Trump üçün keçirilən xüsusi kəşfiyyat brifinqləri zamanı İran liderinin “harada olduğu” ilə bağlı sual bir neçə dəfə gündəmə gətirilib. Adı açıqlanmayan ABŞ rəsmisinin sözlərinə əsasən, Ağ Evin milli təhlükəsizlik komandası Tehranda real vəziyyətə kimin nəzarət etdiyini müəyyənləşdirməyə çalışır.

19 ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Qabbard bildirib ki, Möctəba Xameney İsrailin hava zərbəsi nəticəsində ağır yaralanıb. Mediada isə onun yaralanmadan sonra müalicə üçün Rusiyaya aparıldığı barədə məlumatlar yayılıb. İranın Rusiyadakı səfiri Kazem Cəlali bu məlumatları təkzib edib.