BAKI, 28 mart. TELEQRAF
ABŞ və İsrail İranın paytaxtı Tehranda yerləşən hərbi kazarmalara hava zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, hücumlar paytaxtın şimalında yerləşən obyektləri hədəf alıb.
Həmçinin qeyd olunur ki, zərbələr nəticəsində Dərbənd rayonu atəşə tutulub. Hadisə nəticəsində dəymiş ziyan barədə hələlik məlumat verilməyib.