BAKI, 25 mart. TELEQRAF

İsrail Müdafiə Ordusu (SAXAL) İranın paytaxtı Tehran üzrə hökumət obyektlərinə qarşı zərbələrə başladığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti açıqlama yayıb. Bildirilir ki, zərbələr Tehranın müxtəlif ərazilərində yerləşən dövlət obyektlərini hədəf alıb.

Açıqlamada qeyd olunub ki, əməliyyat çərçivəsində İran hakimiyyətinə məxsus obyektlərə qarşı silsilə hücumlar həyata keçirilir.