BAKI, 25 mart. TELEQRAF
Böyük Britaniya Hörmüz boğazının açılması məsələsinə həsr olunmuş konfrans keçirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri britaniyalı rəsmi şəxsə istinadla məlumat yayıb.
Bildirilir ki, London təhlükəsiz dəniz nəqliyyatını təmin etmək məqsədilə beynəlxalq koalisiyanın formalaşdırılmasına dəstək vermək niyyətindədir.
Məlumata görə, daha əvvəl Yaponiyanın “Nikkei” nəşri Hörmüz boğazının bağlanması səbəbindən Fars körfəzində təxminən 1 milyon ton gübrə daşıyan gəmilərin ilişib qaldığını yazıb.
Qeyd olunur ki, aqrar bazar üzrə ekspert, iqtisad elmləri doktoru Leonid Xolod bu vəziyyətin dünya üzrə kənd təsərrüfatı sahələrinə ciddi təsir göstərə biləcəyini bildirib.