BAKI, 24 mart. TELEQRAF

Pentaqon İrana qarşı əməliyyatları dəstəkləmək üçün elit 82-ci Hava-Desant Diviziyasından təxminən 3000 əsgəri Yaxın Şərqə göndərməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal"ın iki ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, yaxın saatlarda yazılı əmr gözlənilir.

Nəşrin məlumatına görə, rəsmilər xəbərdarlıq edirlər ki, İrana birbaşa quru qoşunları göndərmək qərarı hələ verilməyib. Lakin 82-ci Diviziyanın yerləşdirilməsi Prezident Tramp üçün bir neçə strateji seçim açır.