İsrail və ABŞ İranın cənub-qərbindəki Buşehr Atom Elektrik Stansiyasına yeni bir zərbə endiriblər.

Teleqraf xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilat (AEOI) məlumat yayıb.

Bildirilib ki, mərmi nüvə elektrik stansiyasının ərazisinə düşüb, lakin ilkin qiymətləndirmələr obyektin özünə heç bir ziyan dəymədiyini və heç bir texniki nasazlıq qeydə alınmadığını göstərir.

İrandakı Buşehr Atom Elektrik Stansiyasının enerji blokunun yaxınlığında ilk zərbə 17 mart axşamı qeydə alınıb.