BAKI, 24 mart. TELEQRAF
ABŞ və bir qrup vasitəçi ölkə Yaxın Şərqdəki münaqişəyə son qoymaq üçün martın 26-da yüksək səviyyəli danışıqların keçirilməsi ehtimalı ilə bağlı İranın cavabını gözləyir.
Teleqraf xəbər verir ki bu barədə "Axios" məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp iddia edir ki, Vaşinqton İranla danışıqlar aparır və İran tərəfi razılığa gəlməkdə son dərəcə maraqlıdır.
O həmçinin İranın Vaşinqtona neft və qaz, eləcə də Hörmüz boğazı ilə bağlı böyük bir "hədiyyə" verdiyini iddia etsə də, detalları açıqlamayıb.