BAKI, 24 mart. TELEQRAF

Britaniya Müdafiə Nazirliyi bir gecədə Yaxın Şərqdə 14 PUA-nın məhv edildiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında məlumat verilib.

Bildirilib ki, Yaxın Şərqdəki Britaniya qüvvələri 14 PUA-nı vuraraq rekord qırıb.

Qeyd olunub ki, Kral Hərbi Hava Qüvvələrinin Typhoon və F-35 qırıcı təyyarələri Kipr, İordaniya və Qətər üzərində səmada patrul xidməti həyata keçirib

Məlumat üçün bildirək ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar.