BAKI, 25 mart. TELEQRAF

İraqın paytaxtı Bağdadda ABŞ səfirliyinin beynəlxalq hava limanı yaxınlığında yerləşən logistika mərkəzinə pilotsuz uçuş aparatları ilə hücum edilib.

Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Bildirilir ki, hücum zamanı istifadə olunan bütün dronlar zərərsizləşdirilib.

Məlumata görə, Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı hücumda dörd pilotsuz uçuş aparatının iştirak etdiyini iddia edib.

İraq KİV-ləri və rəsmi qurumlar isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.