BAKI, 25 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Küveytin ABŞ-yə məxsus üç F-15 qırıcı təyyarəsini vurmasını “kiçik anlaşılmazlıq” adlandırıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə açıqlamasında danışıb. Onun sözlərinə görə, Küveyt tərəfi ABŞ-yə məxsus təyyarələri “Patriot” raketləri ilə səhvən vurub.

“Küveytlə kiçik anlaşılmazlıq baş verdi. Onlar bizim raketlərlə üç təyyarəmizi vurdu. Bunlar bizim təyyarələr idi”, – deyə ABŞ lideri bildirib.

Tramp hadisəni “dost atəşi” kimi izah edərək qeyd edib ki, hərbçilər həmin təyyarələri düşmən hədəfi hesab ediblər.

Məlumata görə, martın əvvəlində ABŞ-nin Mərkəzi Komandanlığı Küveyt üzərində üç F-15E qırıcısının itirildiyini təsdiqləyib. Bildirilib ki, martın 1-də təyyarələr səhvən Küveytin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.