BAKI, 25 mart. TELEQRAF

ABŞ və regiondakı vasitəçilər İranla yüksək səviyyəli danışıqların martın 26-da keçirilməsi imkanını müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, Vaşinqton hələ də Tehran tərəfinin danışıqlarla bağlı cavabını gözləyir.

Məlumata görə, daha əvvəl “The New York Times” qəzeti ABŞ-nin Yaxın Şərqdəki münaqişənin dayandırılması üçün İrana 15 maddədən ibarət plan təqdim etdiyini yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranda düzgün şəxslərlə danışıqlar apardığını bəyan etmişdi.