BAKI, 24 mart. TELEQRAF

ABŞ-nin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə dövlət katibinin müavini Tomas Dinanno bildirib ki, ABŞ Rusiya ilə yeni nüvə silahlarını müzakirə etmək istəyir.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, o, "ekzotik nüvə silah sistemlərinin" narahatlıq doğurduğunu iddia edib.

Dinanno bu cür sistemlər arasında "Burevestnik" kruiz raketini və "Poseidon" sualtı gəmisini xüsusi qeyd edib. "Bu sistemlərin heç biri Yeni START müqaviləsinə daxil deyil. Biz ruslarla birbaşa söhbət etməliyik. Və əminəm ki, edəcəyik", - deyə dövlət katibinin müavini bildirib.