BAKI, 23 mart. TELEQRAF
Kolumbiyada 100-dən çox hərbçini daşıyan “Hercules C-130” təyyarəsi qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, Kolumbiyanın müdafiə naziri Pedro Sançes hadisəni təsdiqləyib.
“Dərin kədər hissi ilə bildirirəm ki, silahlı qüvvələrimizin hərbçilərini daşıyan təyyarə qəzaya uğrayıb. Ölənlərin sayı və hadisənin səbəbi hələlik məlum deyil" - nazir bildirib.