BAKI, 23 mart. TELEQRAF
"Mən İran Prezidenti Məsud Pezeşkianla danışdım və cəsur İran xalqı ilə həmrəy olduğumu bildirdim".
Teleqraf xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.
“Biz Körfəz bölgəsindəki vəziyyəti müzakirə etdik. Gərginliyin azaldılması, dialoq və diplomatiyaya təcili ehtiyac barədə razılığa gəldik. Mən həmçinin Pakistanın bölgədə sülhün təşviqində konstruktiv rol oynamaq öhdəliyini bir daha təsdiqlədim”, - deyə Şərif vurğulayıb.
"Axios" yazır ki, bu gün səhər tezdən İsrail rəsmisi vasitəçi ölkələrin İslamabadda İran və ABŞ arasında görüş təşkil etməyə çalışdığını açıqlayıb.