BAKI, 21 mart. TELEQRAF
İranın hücumundan sonra İsrailin Dimona Atom Elektrik Stansiyası ətrafında həyəcan siqnalı işə düşüb.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin "12-ci Kanal"ı məlumat yayıb.
İsrailin "Yedioth Ahronoth" qəzeti hava hücumundan müdafiə sistemlərinin İran raketlərini ələ keçirdiyini iddia edib.
Livandan atılan raketlər səbəbindən İsrailin şimalındakı qərbi Qalileyada da eyni vaxtda siren səsləri eşitdiyi qeyd olunur.