BAKI, 21 mart. TELEQRAF

İran ABŞ-yə məxsus F-35 qırıcı təyyarəsini vurmaq üçün yerli istehsal olan hava hücumundan müdafiə sistemindən istifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" hərbi mənbəyə istinadən məlumat yayıb.

"ABŞ-nin öyündüyü F-35 təyyarəsi İran hava hücumundan müdafiə sistemi tərəfindən hədəfə alınıb", - deyə hərbi mənbə bildirib.

Mənbə vurğulayıb ki, İranın bəzi hücum və müdafiə xarakterli hərbi texnologiyalarını ilk dəfə üzə çıxarması ABŞ və İsraili çaşdırıb.

"Amerikalılar düşünürdülər ki, inkişaf etmiş ölkələrdə belə hava hücumundan müdafiə sistemləri F-35-i məhv edə bilməz. Lakin İranın naməlum, yerli istehsal olan hava hücumundan müdafiə sistemi onları heyrətə saldı. İran yaxın günlərdə düşmənlərinə qarşı yeni imkanlarını təqdim edəcək və bu, düşmənlər üçün yeni bir rüsvayçılıq olacaq" - məlumatda qeyd olunur.