BAKI, 19 mart. TELEQRAF
Macarıstan Rusiya neftinin "Drujba" kəməri vasitəsilə ölkəyə nəqli bərpa edilməyənədək Avropa İttifaqının (Aİ) Ukrayna ilə bağlı heç bir qərarını dəstəkləməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Hökumət başçısı rəsmi Budapeştin mövqeyinin dəyişməz olduğunu vurğulayıb:
"Mən burada (Aİ sammitində - red.) Ukraynanın xeyrinə olacaq heç bir qərarı dəstəkləməyəcəyəm. Onların blokladığı neftimizi geri alanda Ukraynaya dəstək verməyə hazır olacağıq".
V.Orban əlavə edib ki, hazırda boru kəmərinin təmir olunması gözlənilir və Macarıstan tərəfi xammalın çatdırılmasını tələb edir.