BAKI, 18 mart. TELEQRAF

İran Prezidenti kəşfiyyat naziri İsmayıl Xətibin ölümünü təsdiqləyib.

Teleqraf xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bu barədə "X" hesabında məlumat verib.

"İki kabinet üzvünün, Ali Milli Təhlükəsizlik Şurasının katibinin və hərbi komandirlərin şəhid olması münasibətilə böyük İran xalqına başsağlığı verirəm" deyə Pezeşkian qeyd edib.

İranın kəşfiyyat naziri İsmayıl Xətib ötən gecə öldürülüb.

İrandan əvvəl İsrailin müdafiə naziri İsrail Katz İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin öldürüldüyünü təsdiqləmişdi.