BAKI, 18 mart. TELEQRAF
Mixail Yuryeviç Zabelin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Mixail Yuryeviç Zabelin 1946-cı il martın 19-da Bakı şəhərində anadan olub. O, Milli Məclisin I–VI çağırış deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü və Azərbaycanda Rus İcmasının sədridir. Zabelin müxtəlif dövrlərdə bir sıra mühüm vəzifələr tutub, o cümlədən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, Azərbaycan–Uruqvay parlamentlərarası işçi qrupunun rəhbəri və Milli Məclisin Hesablayıcı komissiyasının katibi seçilib. Dövlət qarşısındakı xidmətlərinə görə "Şöhrət" və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenlərinə layiq görülüb. Sabah onun 80 yaşı tamam olur.