BAKI, 15 mart. TELEQRAF

Pakistan hakimiyyəti bildirib ki, ölkə qüvvələri ilə baş verən toqquşmalar nəticəsində Əfqanıstan tərəfinin itkiləri 1,5 min nəfəri keçib.

Teleqraf xəbər verir ki, bu barədə Attaullah Tarar "X" hesabında açıqlama verib.

Nazirin sözlərinə görə, toqquşmalar zamanı ən azı 684 əfqan hərbçisi həlak olub, 912-dən çoxu isə yaralanıb.

O qeyd edib ki, əməliyyat başlayandan bəri Pakistan ordusu qonşu ölkə ərazisində 73 obyektə aviazərbələr endirib. Həmçinin Pakistan hərbçiləri 252 əfqan blokpostunu məhv edib, daha 44-ü isə ələ keçirilərək dağıdılıb.

Bundan əlavə, Pakistan Silahlı Qüvvələrinin hücumları nəticəsində qarşı tərəfin 229-dan çox zirehli texnikasının vurulduğu bildirilib.