BAKI, 15 mart. TELEQRAF
Qəzza zolağının mərkəzində İsrail Hərbi Hava Qüvvələrinin polis avtomobilinə endirdiyi zərbə nəticəsində səkkiz nəfərin öldüyü bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə Fələstinin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail təyyarələri Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əz-Zuveyda şəhərinin girişində polis avtomobilini hədəfə alıb.
Nazirliyin yaydığı açıqlamada bildirilib ki, hava zərbəsi nəticəsində mərkəzi əyalətdə polis rəhbərlərindən biri və daha yeddi hüquq-mühafizə orqanı əməkdaşı həyatını itirib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.