BAKI, 30 aprel. TELEQRAF
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) ləğv edilmiş separatçı rejimin təmsilçilərini izləyir.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr bildirib ki, 2023-cü ildə rejimin ləğvindən sonra Ermənistan MTX-da bu məqsədlə xüsusi bölmə yaradılıb.
Qeyd edilib ki, bu bölmə vasitəsilə təkcə keçmiş qondarma rejimin liderləri və təmsilçiləri yox, həm də Qarabağdan Ermənistana köçən sıravi ermənilər də izlənilir.