Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, İspaniya təmsilçisi "Rayo Valyekano" öz meydanında Fransanın "Strasburq" komandası ilə üz-üzə gələcək.

Digər yarımfinal matçında isə türkiyəli baş məşqçi Arda Turanın çalışdırdığı "Şaxtyor Donetsk" İngiltərə Premyer Liqası təmsilçisi "Kristal Palas" ilə qarşılaşacaq.

Hər iki görüş Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, cavab oyunları mayın 7-də keçiriləcək.