BAKI, 9 mart. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, şiə təşkilatı Hizbullah və İsrail düşmənçilikləri dayandırmalıdır.
Teleqraf xəbər verir ki, Makron Kipr Respublikasına səfəri zamanı jurnalistlərə verdiyi açıqlamada bildirib: "Hizbullah İsrailə hücum etmək və Kipri hədəf alaraq ciddi bir səhvə yol verib. Bununla da hərəkat İsrailin reaksiyasına səbəb olub. Hizbullah Livan ərazisindən bütün hücumları dayandırmalıdır, çünki bu, bütün livanlıları risk altına qoyur. Bundan sonra İsrail hərbi əməliyyatlarını və Livana hücumlarını mümkün qədər tez dayandırmalıdır."
Makrona görə, bu, Livanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək, respublikadakı yeganə qanuni ordu olan Livan Silahlı Qüvvələrinin təhlükəsizliyi təmin edə bilməsi üçün lazımdır.