BAKI, 9 mart. TELEQRAF
"Türkiyənin İran ətrafındakı böhrana cəlb olunmasının qarşısını almaq üçün bütün dövlət qurumları yüksək hazırlıq vəziyyətindədir".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib Nazirlər Kabinetinin martın 9-dakı toplantısından sonra keçirilən brifinqdə bildirib.
"Biz böhranın iqtisadiyyatdan ticarətə və sərhəd təhlükəsizliyinə qədər müxtəlif sektorlara potensial təsirini qiymətləndirdik. Əsas məqsədimiz ölkəmizi bu yanğından qorumaq, Türkiyənin təhlükəsizliyini təmin etmək və 86 milyon vətəndaşının rahatlığını təmin etməkdir. Bütün qurumlarımız 28 fevraldan bəri yüksək hazırlıq vəziyyətindədir", - deyə dövlət başçısı bildirib.
Ərdoğan əlavə edib ki, Türkiyə İrana ərazisindən raket hücumları ilə bağlı xəbərdarlıq edib.
Türkiyənin hava məkanı F-16 qırıcıları ilə qorunur və fevralın 28-dən hava hücumundan müdafiə (HHM) sistemləri də fasiləsiz fəaliyyət göstərir
"Türkiyə sərhədləri 60 minlik şəxsi heyət tərəfindən mühafizə edilir. Martın 4-də İrandan buraxılan və İraq ilə Suriya hava məkanını keçəndən sonra Türkiyəyə istiqamətlənən raket NATO tərəfindən zərirsizləşdirilib. Bununla bağlı etirazımız İrana çatdırılıb. Xəbərdarlıqlarımıza baxmayaraq, hələ də Türkiyənin dostluğunu çətinləşdirəcək təxribatçı addımlar atılır. Uzunmüddətli qonşuluq tariximizə kölgə salacaq problemlər yaşanmamalıdır. Biz daha çox qan tökülməsinə qarşıyıq".
Kabine Toplantısı Sonrası Millete Sesleniş https://t.co/fDTQeyn6Yu
— Recep Tayyip Erdoğan (@RTErdogan) March 9, 2026