BAKI, 9 mart. TELEQRAF

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla bin Zayed ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, nazirlər İran ətrafında yaranmış vəziyyətlə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

“Xarici işlər nazirləri İran ətrafındakı vəziyyətlə bağlı dərin narahatlıqlarını bildiriblər”, - deyə açıqlamada qeyd olunub.

Tərəflər dialoq zamanı gərginliyin azaldılmasına gətirib çıxara biləcək operativ addımların atılmasının vacibliyini vurğulayıblar.