BAKI, 9 mart. TELEQRAF

ABŞ-nin demokratlardan olan bir qrup senatoru İranın Minab şəhərindəki qızlar məktəbinə hücumun Amerika qüvvələri tərəfindən törədilə biləcəyini bildirib və Pentaqondan hadisə ilə bağlı hərtərəfli araşdırma aparmağı tələb edib.

Teleqraf xəbər verir ki, bəyanatı Nümayəndələr Palatasının nümayəndələri Cinn Şahin, Cek Rid, Mark Uorner, Brayan Şats, Patti Murrey və Kris Kuns imzalayıblar.

“28 fevralda Minab yaxınlığındakı ibtidai məktəbə edilən və əksəriyyəti azyaşlı olmaqla azı 175 nəfərin ölümünə səbəb olan hücumla bağlı son xəbərlərdən dəhşətə gəldik. Müstəqil təhlillər hücumun ABŞ qüvvələri tərəfindən törədilə biləcəyini qətiyyətlə göstərir. Əgər belədirsə, bu, Yaxın Şərqdə onilliklər ərzində Amerika döyüşlərində ən böyük mülki itkilərdən biridir”, - deyə qanunvericilər birgə bəyanatda bildiriblər.

Onların sözlərinə görə, məktəb yaşlı uşaqların öldürülməsi heç bir halda qəbul edilə bilməz: "Bu hadisə, xüsusilə Nazir Pit Heqsetin güc tətbiqinə açıq şəkildə rədd cavabı verməsi, o cümlədən İrana hücumların axmaqcasına döyüş qaydaları ilə məhdudlaşmayacağı barədə bəyanatı səbəbindən narahatedicidir. Bu hadisə hərtərəfli və qərəzsiz araşdırılmalıdır”.

Senatorlar qeyd edirlər ki, nazir Heqset Müdafiə Nazirliyi tərəfindən bu hadisənin hərtərəfli araşdırılmasını təmin etməli və Amerika ictimaiyyətinə aydın cavablar verməlidir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İranın cənubdakı Minab şəhərindəki qızlar ibtidai məktəbinə zərbə endirib. İran tərəfinin məlumatına görə, nəticədə 165 nəfər ölüb. Ölənlərin əksəriyyəti şagirdlər, valideynlər və müəllimlərdir.

Hadisə zamanı 95 nəfər yaralanıb.