BAKI, 9 mart. TELEQRAF
Abdananda SEPAH və polis qərargahları partladılıb.
SEPAH Aerokosmik Qüvvələrinin Tehranın Çitqar şəhərində yerləşən qərargahına hava zərbələri endirilib. Paytaxtın digər istiqamətlərində də ardıcıl partlayışlar barədə məlumatlar yayılıb.
İsfahan əyalətinin Şahinşəhr və Əlborz əyalətinin Məhəmmədşəhr şəhərlərində də güclü partlayışlar baş verib.
Kirmanşahda isə Polis İdarəsi dağıdılıb.
***
15:50
Kərəc vilayətinin Kamalşəhr və Mehrşəhr şəhərlərində silsil partlayışlar olub.
Bəndər Ləngəh limanında da partlayışlar baş verib.
***
15:24
İsrail Müdafiə Qüvvələri İsfahan, Tehran və İranın cənubuna eyni vaxtda yeni genişmiqyaslı hücum başlatdığını açıqlayıb.
***
15:11
Tehranda partlayış səsi eşidilib.
Hörmüzqan əyalətinin Bastak yüksəkliklərində silsilə partlayışlar baş verib.
Həmədanda polis qərargahı hava hücumu zamanı dağıdılıb.
***
14:33
İsfahanda sənaye şəhərində silsilə partlayışlar baş verib.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər və katerlər ABŞ və İsrail tərəfindən hədəfə alınıb.
Bəndər Abbas şəhərində Bəhonar dəniz limanında partlayışlar nəticəsində yanğın başlayıb.
Lorestan əyalətinin Kohdəşt şəhərində SEPAH, “Bəsic” və polis qərargahları dağıdılıb.
***
13:47
İsfahan əyalətinin müxtəlif şəhərləri İsrail və ABŞ-nin ağır hücumlarına məruz qalıb. Həmçinin Cask, Bəndər Abbas və Xomeyn limanlarında partlayışlar barədə məlumatlar da yayılıb.
İsfahan şəhərində SEPAH-ın sursat anbarı, Lorestanda “Bəsic”in bazası məhv edilib. Həmçinin, Lorestan əyalətinin Əl-Əştər şəhərində polis qərargahı dağıdılıb.
***
13:12
AFP-nin məlumatına görə, İranın paytaxtında ardıcıl partlayışlar baş verib.
***
12:05
İranın Bəndər Abbas şəhərində dəniz limanına hava zərbələri endirilib.
İsfahanda da ardıcıl partlayışlar barədə məlumat yayılıb.
***
11:28
İsfahan şəhəri bir neçə istiqamətdən şiddətli hücumlara məruz qalıb.
***
11:11
İsrail Hərbi Hava Qüvvələri Kirmanşaha zərbələr endirib.
***
10:47
CNN-in yaydığı məlumata görə, İran paytaxtı Tehranda bir neçə güclü partlayış qeydə alınıb.
***
09:59
İsrail ordusu İranda raket mühərriki istehsal edən zavod və bir neçə ballistik raket buraxılış məntəqəsinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.
“İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatları əsasında İranda müvafiq infrastruktura əlavə zərbələr endirib. Hərbi Hava Qüvvələri raket mühərriklərinin istehsal olunduğu müəssisəyə və İsrail Dövlətinə doğru atışa hazırlanmış bir neçə uzaqmənzilli ballistik raket buraxılış məntəqəsinə zərbə endirib”, - açıqlamada bildirilib.
Qeyd olunub ki, İsrail ordusu İrandakı hədəflərinə zərbələr endirməyə davam edir.
***
09:48
İranın İsfahan şəhərində genişmiqyaslı hücum əməliyyatı həyata keçirilib.
Paytaxt Tehran, Şiraz, Bəndər Abbas, Təbriz, Xürrəmabad və digər şəhərlərdə də partlayışlar eşidilib.
***
09:44
İsrail Müdafiə Qüvvələri İranda Daxili Təhlükəsizlik Qüvvələri və “Bəsic”in ballistik raket buraxılış məntəqələri və qərargahlarına hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.