BAKI, 9 mart. TELEQRAF

Martın 8-də Nərimanov rayonu ərazisində altsheymer xəstəliyindən əziyyət çəkən 88 yaşlı Nizam Ədilov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

DİN Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, şəxsi görənlərdən və barəsində məlumatı olanlardan "102” Zəng Mərkəzinə, sosial şəbəkələrdəki rəsmi səhifələrə, həmçinin (012) 566-02-15 və (012) 567-02-02 şəhər nömrələrinə zəng etmələri xahiş olunur.