Türkiyənin Dənizli əyalətində 5,1 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, təkanlar ölkənin cənubundakı qonşu ərazilərdə də hiss olunub.

Zəlzələnin episentri Buldan rayonunda 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ 10-15 saniyə ərzində hiss olunub. Xəsarət alanlar və ya dağıntılar barədə isə hələlik məlumat yoxdur.

Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) açıqlamasında deyilir: "Dənizli vilayətinin Buldan rayonunda saat 09:21-də baş verən və Uşak, Aydın, Muğla və Burdur vilayətlərində də hiss olunan 5,1 bal gücündə zəlzələdən sonra mənfi nəticə barədə hər hansı məlumat yoxdur. Araşdırmalar davam edir".