BAKI, 9 mart. TELEQRAF

Bəhreynin hava hücumundan müdafiə sistemləri regionda qarşıdurma başlayandan bəri İran tərəfindən buraxıldığı bildirilən 95 raketi və 164 pilotsuz uçuş aparatını məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, həmin raket və pilotsuz uçuş aparatları Bəhreynin hava məkanında zərərsizləşdirilib.

“Ölkənin hava hücumundan müdafiə sistemləri İranın hücumları başlayandan bəri 95 raketi və 164 pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.