BAKI, 9 mart. TELEQRAF
Böyük Britaniya Livandakı səfirliyinin bir sıra əməkdaşlarını və onların ailə üzvlərini ölkədən təxliyə edib.
Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Krallıq hökumətinin rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, təhlükəsizlik məqsədilə bəzi diplomatlar və onların yaxınları müvəqqəti olaraq Livandan çıxarılıb.
“Ehtiyat tədbiri olaraq bəzi əməkdaşlarımızı və onların ailə üzvlərini müvəqqəti şəkildə Livandan çıxarmışıq. Səfirliyimiz isə fəaliyyətini adi rejimdə davam etdirir”, - deyə açıqlamada qeyd olunub.