BAKI, 9 mart. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasının XXIII turunda daha iki oyun baş tutacaq.
Teleqraf xəbər verir ki, əvvəlcə “Zirə” “Kəpəz”i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq görüş saat 18:30-da start götürəcək.
Günün sonuncu oyunu paytaxtda, “Palms Sports Arena”da keçiriləcək. Saat 20:30-da “Neftçi” və “Turan Tovuz” komandaları üz-üzə gələcəklər. Matçı FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq.