BAKI, 6 mart. TELEQRAF
ABŞ administrasiyası Küveytdə yerləşən səfirliyin əməkdaşlarının təxliyəsinə başlamaq barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə "CBS News" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, diplomatik nümayəndəliyin əməkdaşlarına məxfi sənədləri məhv etmək və serverlərdə saxlanılan analoji məlumatları silmək tapşırılıb.
Telekanalın məlumatına əsasən, ABŞ səfirliyi artıq bir neçə hücuma məruz qalıb. Bildirilir ki, martın 5-də diplomatik nümayəndəliyin fəaliyyəti müvəqqəti dayandırılıb.