BAKI, 6 mart. TELEQRAF
İtaliya Tehrandakı səfirliyi müvəqqəti olaraq bağlanıb. Səfirliyin diplomatik heyəti Bakıya gəlir.
Teleqraf xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Senatda jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, bölgədə təhlükəsizlik risklərinin artması fonunda belə qərar qəbul edilib.
Bildirilir ki, Tehrandakı 50 nəfərə yaxın diplomatik personal müvəqqəti olaraq Azərbaycanın paytaxtı Bakıda fəaliyyət göstərəcək.