BAKI, 6 mart. TELEQRAF

ABŞ-yə məxsus hərbi təyyarə İraq ərazisində qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı İraqın Bəsrə əyalətinin polis idarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda qəzaya uğrayan təyyarənin pilotunun axtarışları aparılır.

Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı Küveyt üzərində üç ədəd F-15E qırıcı təyyarəsinin itirildiyini təsdiqləmişdi.