BAKI, 6 mart. TELEQRAF

Liviyanın Baş Prokurorluğu ölkənin sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin qətlində şübhəli bilinən üç nəfərin kimliyini müəyyən edib.

Teleqraf xəbər verir ki, qurumun açıqlamasında bildirilir ki, müəyyən edilən şəxslərin saxlanılması barədə qərar qəbul olunub.

Xatırladaq ki, fevralın əvvəlində Liviyada Müəmmər Qəddafinin oğlunun öldüyü barədə məlumat yayılmışdı. Bildirilmişdi ki, Seyf əl-İslam Qəddafi qətl işi üzrə istintaq başa çatana qədər dəfn edilməyəcək.

Onun vəkili isə RT telekanalına açıqlamasında Seyf əl-İslam Qəddafinin siyasi motivlərlə öldürüldüyünü iddia edib. Vəkilin sözlərinə görə, o, Liviyada keçiriləcək prezident seçkilərində iştirak etməyə hazırlaşırdı.