İranın paytaxtı Tehran yaxınlığında yerləşən yaşayış məntəqəsinə endirilən hava zərbəsi nəticəsində azı 9 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Mehr məlumat yayıb.

Agentliyin məlumatına görə, hücum Tehranın cənub-şərqində yerləşən Kəvirabad qəsəbəsinə endirilib. Həmin ərazi paytaxta yaxın kənd təsərrüfatı rayonunda yerləşir.

Bildirilib ki, zərbə nəticəsində bir neçə yerli sakin də yaralanıb.