BAKI, 6 mart. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehranla münaqişəni davam etdirmək istəyən tərəflər müharibə bataqlığında qalacaqlar.

Teleqraf xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Nazirin sözlərinə görə, İran Silahlı Qüvvələri mümkün silahlı qarşıdurmaya uzun müddətdir hazırlaşır.

“İranın güclü silahlı qüvvələri göstərəcək ki, müharibəni davam etdirmək istəyən hər kəs bu bataqlıqda qalacaq”, - deyə Əraqçi yazıb.

O daha əvvəl də bildirmişdi ki, Tehran ABŞ-nin mümkün quru müdaxiləsini gözləyir və bunun Amerika ordusu üçün fəlakət olacağını düşünür.

Nazir həmçinin qeyd edib ki, İran atəşkəs istəmir və Vaşinqtonla danışıqlar aparmaq üçün əsas görmür.