BAKI, 5 mart. TELEQRAF
ABŞ prezidenti Donald Tramp İranın ali liderinin seçilməsində rol oynayacağını bildirib.
Teleqraf xəbər verir ki, Amerika lideri "Politico"ya müsahibəsində qeyd edib: "Xameneinin oğlu zəif və səriştəsiz fiqurdur. O, mənim üçün qəbuledilməzdir. Çünki o, atasının siyasətini davam etdirəcək və bu da növbəti 5 il ərzində ABŞ ilə İran arasında yeni qarşıdurmaya gətirib çıxaracaq. Biz İrana harmoniya və sülh gətirəcək bir rəhbər istəyirik".
Tramp əlavə edib ki, İranda rəhbər seçiminə böyük təsir göstərmək istəyir: "Əks halda razılaşma olmayacaq. İranın gələcək rəhbərliyindən nüvə silahı olmayan bir dövlət qurmağı gözləyirəm. Onlara yaxşı seçimlər etməkdə yardımçı olmaq istəyirəm. Venesuelada olduğu kimi, İrandakı təyinatda da iştirak etməliyəm".